Peskov: ABŞ-la məhbus mübadiləsi dönüş nöqtəsi ola bilməz!


Peskov paytaxt Moskvada jurnalistlərlə cari məsələləri müzakirə edib.

Turkustan.az xəbər verir ki, Rusiyada saxlanılan ABŞ vətəndaşı Mark Fogelin sərbəst buraxıldığını təsdiqləyən Peskov iki ölkənin müvafiq qurumları arasında təmasların aparıldığını qeyd edib.

Sözügedən Rusiya vətəndaşının yaxın günlərdə Rusiyaya dönəcəyini qeyd edən Peskov, “Bu vətəndaşın adı Rusiyaya gətirildikdən sonra açıqlanacaq” deyib.

Saxlanılan şəxslərin dəyişdirilməsi prosesində üçüncü ölkənin iştirak edib-etməməsi ilə bağlı suala cavab verməyən Peskov deyib: "Vətəndaşların azad edilməsi ilə bağlı hər hansı razılaşma ikitərəfli münasibətlərdə dönüş nöqtəsi ola bilməz. Bununla belə, bu, hazırda ən aşağı səviyyədə olan qarşılıqlı etimadı tədricən artıra biləcək bir addımdır".

Peskov ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilməsi ilə bağlı iddialara gəlincə, “Bu mövzuda verəcək heç bir məlumatım yoxdur” deyib.

O, ABŞ-la məhbus mübadiləsinin gələcəkdə də davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ