Zelenskinin ərazi təklifinə Kremldən REAKSİYA


“Rusiya heç vaxt Ukrayna ilə ərazi mübadiləsi məsələsini müzakirə etməyib və etməyəcək”.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Kremlin sözçüsü Ukrayna Prezidenti Volodimir Zelenskinin “The Guardian”a müsahibəsində Moskva ilə ərazi mübadiləsinin ola biləcəyinə dair sözlərini şərh edib:

“Bu, mümkün deyil. Rusiya heç vaxt öz ərazisinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və etməyəcək də. Ukrayna Silahlı Qüvvələri ərazilərimizdən çıxarılacaq. Məhv edilməyən hər kəs oradan qovulacaq”, – Peskov bildirib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ