Fransa prezidenti Emmanuel Makron CNN telekanalına müsahibəsində Trampın Qəzzanı ələ keçirmək planı haqda danışıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidentinin planına qarşı çıxan Makron bunları deyib: "Qəzza boş torpaq deyil, 2 milyon insanın yaşadığı bir torpaqdır. 2 milyon insana "Yaxşı, indi təxmin et nə olacaq? Burdan gedəcəksən", deyə bilməzsən”.
Makron bildirib ki, bir ildir ki, Qəzzada vəziyyət hamı üçün ağırdır: "Ən yaxşı həll daşınmaz əmlak əməliyyatı deyil, siyasi əməliyyatdır.
Mən İsrailin baş naziri Benyamin Netanyahuya həmişə Qəzzada başlanan əməliyyatlarla razı olmadığımı ifadə etmişəm, çünki bir an olsun belə genişmiqyaslı, bəzən mülki şəxsləri hədəf alan əməliyyatların düzgün cavab olduğunu düşünmürəm”.
Makron HƏMAS ilə İsrail arasında atəşkəsin qorunub saxlanılmalı və humanitar əməliyyatların bərpa edilməli olduğunu vurğulayıb.
“Fələstinlilərin dövlət sahibi olmaq istəyinə hörmət edilməlidir” deyən Makron İordaniya və Misirə də hörmət edilməli olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az