Türkiyənin sabiq baş naziri və xarici işlər naziri, hazırda müxalifətdə olan Gələcək Partiyasının sədri Ahmet Davutoğlu parlamentdə Qəzza ilə bağlı xüsusi təkliflə çıxış edib.
Məlumata görə, o, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planlarına münasibət bildirib.
"Tramp deyir ki, biz Qəzzanı almayacağıq, ona sahib çıxmayacağıq. Tramp bunu deyəndə Qəzza zolağının olmasını istəmir. Qəzzanın ümumi sahəsi 309 kvadrat kilometrdir, lakin bu qısa zolağın dənizə çıxışı Kipr və Misir arasında bir qövs kimi uzanır. Orada təbii qaz yataqları var, onların məsələsi o təbii qaz yataqlarını ələ keçirməkdir, bu Fələstinin haqqıdır, bunun fərqində olaq.
İndi bir türk olaraq, Osmanlı İmperiyasına tabe olan bir türk kimi Trampa deyirəm ki, Qəzza xalqının son qanuni dövləti Osmanlı İmperiyasıdır. Bundan sonra Britaniya mandatı quruldu və vətəndaşlıq vermədi. Osmanlı İmperatorluğunun qanuni davamçısı olan Türkiyə Cümhuriyyəti olaraq Qəzzə xalqı bizim təbii tarixdaşımız və vətəndaşımız kimi referendum keçirməlidir. Və Fələstin Dövləti qurulana qədər Türkiyə Respublikasına muxtariyyat kimi birləşməlidir!
Amerika oradan gəlib Qəzzanı ələ keçirə bilər, bizim Qəzza xalqını qorumayacağımızı zənn edirlər?"/modern.az