Ermənistan parlamenti Aİ-yə üzv olmağa "HƏ" dedi


Ermənistan parlamentinin deputatları ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Məlumata görə, 63 deputat təşəbbüsün lehinə, 7 deputat əleyhinə səs verib.

Qanun layihəsi hakim “Mülki Müqavilə” fraksiyası tərəfindən dəstəklənib. Müxalifət layihənin əleyhinə səs verib, digər müxalifət partiyası səsvermədə iştirakdan imtina edib.

Ermənistan hökumətinin məlumatına görə, sənəd parlament tərəfindən təsdiq olunarsa, hakimiyyət Brüsseldən olan həmkarları ilə Avropaya inteqrasiya prosesi üçün “yol xəritəsi”ni müzakirə edəcək, daha sonra isə ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum keçiriləcək.

Qanun layihəsini dəstək üçün 50 mindən bir qədər çox tələb olunan imza toplayan bir neçə ictimai təşkilat adından Ermənistanın Aİ-yə daxil olması üçün vətəndaş təşəbbüsünün nümayəndəsi Artak Zeynalyan təqdim edib.

Rusiya tərəfi İrəvanın eyni vaxtda həm Avropa İttifaqını, həm də Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı birləşdirən Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmasını qeyri-mümkün hesab edir./modern.az


MANŞET XƏBƏRLƏRİ