Ərdoğan: Qəzza sülh tapana qədər bölgədə sabitlik olmayacaq!


Ərdoğan, İndoneziya Prezidenti Prabowo Subianto ilə Bogor Prezident sarayında birgə mətbuat konfransında danışıb.

Turkustan.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan burada verdiyi açıqlamasında, "İsrailin 15 aydır davam edən hücumlarının vurduğu ümumi zərər 100 milyard dollara yaxınlaşır. Qanunda prinsip budur ki, zərər törədəndən alınsın. Qəzza sülh tapmayınca bölgə sabitliyə nail ola bilməz"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ