ABŞ Ukraynaya qoşun yeritməyi planlaşdırmır və yaxın vaxtlarda sülh sazişinin bağlanacağını gözləyir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Ştutqartda jurnalistlərlə söhbəti zamanı deyib.
Pentaqonun rəhbərinin sözlərinə görə, prezident Donald Trampın hazırkı Amerika administrasiyası Ukraynada “sülh sazişinin tezliklə bağlanmasını təmin etmək niyyətindədir”. “Biz Ukraynaya qoşun göndərməyəcəyik”-deyə, o, müvafiq suala cavab olaraq vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az