Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Qərbin Suriyaya tətbiq etdiyi birtərəfli sanksiyaların ləğv edilməli olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Boqdanov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Suriyadakı vəziyyəti dəyərləndirib .
Qərbin Suriyaya qarşı birtərəfli sanksiyalarını davam etdirdiyinə diqqət çəkən Boqdanov bu sanksiyalara hər zaman qarşı olduqlarını vurğulayıb.
"Suriyaya qarşı tətbiq edilən məhdudiyyətlər beynəlxalq hüquqa əsaslanmır. Bunlar BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyib".
Sanksiyaların Suriyanın hər sahəsinə mənfi təsir etdiyinə diqqət çəkən Boqdanov qeyd edib:
"Sanksiyalar üçün Dəməşqə təzyiqlər mənasızlaşıb. Hazırkı vəziyyətdə Suriya böhranına siyasiləşdirilmiş yanaşmadan imtina edilməli, Suriya xalqına dəstək verilməli, ölkənin böhrandan çıxması üçün beynəlxalq səylər gücləndirilməlidir".
Aytən Yaşar/ Turkustan.az