İsraildə yüzlərlə insan HƏMAS ilə məhbus mübadiləsi sazişinin tamamlanmasını və Qəzzada saxlanılan israilli məhbusların geri qaytarılmasını tələb etmək üçün nümayiş keçirib.
Turkustan.az xəbər verir ki, Qəzza məhbusu İlon Ohelin doğum gününü qeyd etmək üçün Təl-Əvivin mərkəzində Qəzza məhbuslarının ailələrinin toplanması məhbus mübadiləsi razılaşmasının dayandırıldığının elan edilməsindən sonra nümayişlərə çevrilib.
HƏMAS İsrailin razılaşmanın şərtlərinə əməl etmədiyi üçün fevralın 15-nə planlaşdırılan 6-cı məhbus mübadiləsini dayandırdığını elan etdikdən sonra bir çox israilli baş nazir Benyamin Netanyahu hökumətindən razılaşmanı tamamlamağı tələb etmək üçün küçələrə çıxıb.
"Walla" xəbər saytının məlumatına görə, atəş və məşəl yandıran etirazçılar İsrail Müdafiə Nazirliyinin qarşısındakı yolu bağlayıb və bu ərazidə nəqliyyatın hərəkətində məhdudiyyətlərə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az