Şolz: ABŞ bizə seçim qoymasa, Aİ ilə birlikdə cavab verəcəyik


Almaniya kansleri Olaf Şolz Avropa Birliyinin (AB) ABŞ-ın gömrük vergilərinə qarşı tədbir görəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Bundestaqda çıxış edən Şolz, Almaniyanın Avropanın ən böyük ixracatçısı olduğunu və polad və alüminiumda göründüyü kimi, AB-nin Amerika tarifləri ilə hədəf alındığı zaman Almaniyanın Avropa həmrəyliyinə daha çox ehtiyac duyacağını söyləyib.

AB-nin özünü sübut etmə dövründə olduğunu müdafiə edən Şolz, "ABŞ bizə başqa seçim qoymasa, AB ilə birlikdə cavab verəcəyik. 450 milyonluq əhalisi ilə dünyanın ən böyük bazarı olaraq bunu edəcək gücümüz var"- ifadələrdən istifadə edib.

"Ticarət müharibələri həmişə hər iki tərəfin rifahına baha başa gəlir" deyən Şolz, tariflərin və əks vergilərin "yanlış yolundan" xilas olacağına ümid etdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ