Ukrayna prezidenti Vladimir Zelenski ötən ildən bəri tez-tez dilə gətirilən piyada çatışmazlığı ilə bağlı yeni addım atacaqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, 18-24 yaş arası gənclərin müqavilə əsasında hərbi xidmətə çağırılacağını açıqlayan Zelenski bu növ hərbi xidmətin könüllü olacağını və gənclərə mühüm imtiyazlar veriləcəyini bildirib. Zelenskinin bəyanatına görə, Ukrayna Müdafiə Nazirliyi müvafiq plana hazırlığı davam etdirir və onun tezliklə qüvvəyə minməsi gözlənilir.
Ukrayna-Rusiya müharibəsində hər iki tərəf ağır itkilər versə də, Rusiya piyada çatışmazlığını daha tez aradan qaldıra bildi. 145 milyon əhalisi olan Rusiya potensial əsgər sayına görə 35 milyon əhalisi olan Ukrayna ilə müqayisədə üstünlüyə malikdir.
ABŞ-ın keçmiş prezidenti Co Bayden və milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ukraynaya hərbi yaşın 18-ə endirilməsi üçün təzyiq göstərirdilər. Lakin Volodimir Zelenski hərbi xidmət yaşını 18-ə endirməkdən imtina edərək bildirib ki, əslində çatışmayan şey əsgərlər deyil, silahlardır.
Bu zaman Zelenski fikrini tam dəyişməsə də, 25 yaşdan aşağı olanlar üçün müqaviləli hərbi xidmət variantını təqdim etdi.
Aytən Yaşar/ Turkustan.az