Danimarkalılardan Trampa: Qrenlandiya müqabilində Kaliforniyanı ver!


ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı almaq planına cavab olaraq, “Kaliforniyanın Danimarka ərazisi” olması üçün kampaniya başlayıb.

Turkustan.az xəbər verir ki, kampaniya ilə bağlı “Danimarkalaşma” adlı internet saytında açıqlama verilib.

Açıqlamada deyilir ki, kampaniya Trampın Qrenlandiyanı almaq planına cavab olaraq Kaliforniya ştatını ABŞ-dan alıb Danimarka ərazisinə çevirmək məqsədi daşıyır.

Həmçinin burada Respublikaçı Trampın Demokratların qalası olan Kaliforniyanı sevmədiyi mesajı verilib və "Tramp Kaliforniyanın ən böyük pərəstişkarı deyil. Əminik ki, o, məqbul qiymətə ondan imtina etməyə hazır olacaq"- ifadəsindən istifadə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ