Rusiya: Trampın Qəzza planının təfərrüatlarını gözləyirik


Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Trampın Qəzza zolağının “ələ keçirilməsi” və orada yaşayan fələstinliləri zorla köçürmə planına münasibət bildirən Peskov, “Burada tutarlı bir fəaliyyət planı varsa, təfərrüatları gözləmək lazımdır” deyib.

Qəzzada təxminən 1,2 milyon fələstinlinin yaşadığına diqqət çəkən Peskov, "Bu insanlara Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarları ilə dövlət həlli vəd edilib. Burada çoxlu suallar var. Hələlik detalları bilmirik. Bu mövzuda bir az səbirli olmaq lazımdır"-deyə, bildirib.

Trampın Putinlə Ukrayna müharibəsi ilə bağlı telefon danışığı etdiyinə dair açıqlamaları ilə bağlı suala isə Peskov, “Belə bir söhbəti nə təsdiq, nə də təkzib edə bilərəm” deyib.

O, Putin və Çin prezidenti Si Cinpinin qarşılıqlı səfərlər edəcəyini də qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ