İran lideri Ayətullah Əli Xamenei paytaxt Tehranda Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirləri ilə görüşüb.
Turkustan.az xəbər verir ki, görüş zamanı ABŞ- la danışıqlar məsələsinə toxunan Xamenei danışıqların faydasız olduğunu vurğulayıb. Xamenei, "İlk növbədə, düzgün başa düşmək lazımdır ki, ABŞ-la danışıqların ölkənin problemlərinin həllinə heç bir təsiri yoxdur. Bizdə elə təəssürat yaratmasınlar ki, o hökumətlə oturub-dursaq problemlər həll olunacaq. Xeyr, ABŞ-la danışıqlar heç bir problemi həll etməyəcək. Çünki təcrübə bunu göstərir".
Aytən Yaşar/ Turkustan