Donald Tramp: İsrail Qəzzanı bizə təhvil verəcək


ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağının ABŞ-a təhvil veriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra ABŞ-ın Qəzzanı ələ keçirəcəyini bildirib. Tramp “Qəzza planı”nı Truth Social sosial media platformasında açıq şəkildə elan edib.

Tramp, “İsrail münaqişə bitdikdən sonra Qəzzanı ABŞ-a təslim edəcək” deyib.

ABŞ-ın Qəzzanın tikintisinə yavaş-yavaş və diqqətlə başlayacağını bildirən Tramp, "Bu, öz növünün ən böyük və ən möhtəşəm inkişaflarından biri olacaq"-deyə, bildirib.

Amerika lideri həmçinin mesajında ​​Qəzza üçün “ABŞ əsgərlərinə ehtiyac olmayacaq” sözlərini də ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ