Rusiya özünün ərazi bütövlüyü və ya Belarusun suverenliyinə təhlükə yaranacağı təqdirdə, nüvə silahından istifadə edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin ratifikasiya üçün Dövlət Dumasına təqdim etdiyi "İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında Belarusla saziş" sənədində deyilir.
Müqaviləyə əsasən, ölkə nüvə silahından Rusiya və ya Belarusa qarşı kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq, kritik təhlükə yaradan adi silahlardan istifadə edən tərəflərdən hər hansı birinə qarşı istifadə edilə bilər. /publika.az/