İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun həbsi tələb olunub.
Turkustan.az xəbər verir ki, onun İstanbul Baş prokuroru Akın Gürlek və ailəsi ilə bağlı dediyi sözlərə görə 7 il 4 aya qədər həbs edilməsi istənilir.
İstanbul Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanmış ittiham aktında “İmamoğlunun ictimaiyyət qarşısında istifadə etdiyi ifadələrin alçaldıcı xarakter daşıdığı və ictimai vəzifəsini yerinə yetirən zərərçəkmiş Akın Gürleki alçaltmaq məqsədi daşıdığı vurğulanıb”.
İttiham aktı baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /Modern.az/