İsrailin Walla xəbər saytına danışan adı açıqlanmayan ABŞ rəsmiləri Trampın Qəzza ilə bağlı açıqlamasını dəyərləndirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidentinə yaxın mənbə iddia edib ki, “ABŞ-ın Qəzzanı ələ keçirməsi” Trampın öz ideyası olub.
Sözügedən mənbə bildirib ki, Tramp bu ideyanı 2 aydır nəzərdən keçirir.
Digər bir ABŞ rəsmisi isə Trampın “Qəzza ilə bağlı başqa heç kimin yeni ideyalarının olmadığı qənaətinə gəldikdən sonra öz planını təqdim etdiyini” iddia edib.
Wallanın hesabatında deyilirdi ki, Trampın ABŞ-ın Qəzzanı ələ keçirəcəyi ilə bağlı açıqlaması hətta ABŞ prezidentinin bəzi müşavirlərini də təəccübləndirib, eyni zamanda ifrat sağçı israilliləri həyəcanlandırıb.
Trampın komandasının yalnız bir neçə üzvünün Qəzza bəyanatından əvvəlcədən xəbərdar olduğu, İsrail nümayəndə heyətinin Ağ Evdə mətbuat konfransının keçirildiyi otağı sevinclə tərk etdiyi bildirilib.
ABŞ prezidenti Tramp bildirib ki, fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarəsi yoxdur.
Qəzzanın indi tamamilə dağıdılmış bir ərazi olduğunu və yaşana bilən bir yer olmadığını bildirən Tramp, “Ona görə də insanların Qəzzaya geri dönməməli olduğunu düşünürəm”-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az