Almaniya: Qəzza fələstinlilərə məxsusdur


Almaniyanın xarici işlər naziri Annalena Baerbok Qəzza zolağının İordan çayının qərb sahili və Şərqi Qüds kimi fələstinlilərə aid olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, nazir Baerbok verdiyi yazılı açıqlamada ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarına heç kimin adını çəkmədən reaksiya verib.

Qəzzanın xarabalığa çevrildiyinə diqqət çəkən Baerbok, "Eyni zamanda bir şey aydındır. Qəzza da Qərb Şəriyəsi və Şərqi Qüds kimi fələstinlilərə məxsusdur. Bu torpaq gələcək Fələstin dövlətinin başlanğıc nöqtəsidir. Fələstinli mülki vətəndaşların Qəzzadan qovulması təkcə beynəlxalq hüquqa zidd deyil, həm də qəbuledilməzdir"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ