ABŞ mətbuatında yer alan xəbərlərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bütün ABŞ əsgərlərini Suriyadan çıxarmaq üçün plan hazırladığı bildirilib.
Turkustan.az xəbər verir ki, NBC News-un məlumatına görə, ABŞ prezidenti Donald Tramp və ona yaxın rəsmilər bu iddianı irəli sürüblər.
Məlumata görə, Pentaqon rəsmiləri ABŞ qoşunlarının Suriyadan çıxarılması planlarının 30, 60 və ya 90 gün ərzində başlayacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az