Əməliyyat “Qərb” və “Mərkəz” qoşun qruplarının bölmələri tərəfindən həyata keçirilib.
Turkustan.az xəbər verir ki, Rusiya hərbçiləri Qondarma Donetsk Xalq Respublikasında Baranovka və Xarkov vilayətində Novomlinsk şəhərlərini ələ keçiriblər.
"Qərb" qoşun qruplaşmasının bölmələrinin uğurlu əməliyyatları nəticəsində Xarkov vilayətinin Novomlinsk qəsəbəsi azad edilib. "Mərkəz" qoşun qruplaşmasının bölmələri düşmənin müdafiəsinə dərindən irəliləyərək Donetsk Xalq Respublikasının Baranovka qəsəbəsini azad edib", - deyə Rusiya Hərbi İdarəsinin məlumatında bildirilib.
Aytən Yaşar/ Turkustan.az