Türkiyə XİN: Trampın Qəzza təklifi qəbuledilməzdir


Donald Trampın Qəzza ilə bağlı təklifi Türkiyədə birmənalı qarşılanmayıb.

Turkustan.az xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidan "Trampın bəyanatlarından sonra atəşkəs və Qəzzanın gələcəyi necə olacaq?" sualına belə cavab verib.

"Qəzzada atəşkəsin birinci mərhələsi müəyyən mənada irəliləyir, səssizlik hökm sürür və İsrailin ara-sıra ölümcül hücumları olur. İnsanlara həyatlarını bərpa etməyə imkan verəcək yardımların köçürülməsində problem var. İkinci mərhələdə nə edəcəyimizə baxacağıq. Bu, Netanyahunun girovları götürdükdən sonra müharibəni yenidən başlatmaq cəhdi ola bilər. Atəşkəsin təminatçısı olan ölkələr arasında İsrailə təzyiq edə biləcək yeganə ölkə ABŞ-dır.

Trampın Qəzzanın boşaldılması təklifi qəbuledilməzdir, hətta bu məsələni müzakirəyə çıxarmaq da düzgün deyil. Biz Qəzzanın öz xalqını bərabərlikdən kənarlaşdırmaq istəyən hər hansı təşəbbüsə qarşıyıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ