Avropa Şurası Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib.
Turkustan.az xəbər verir ki, bu barədə BBC-nin rus xidməti məlumat yayıb.
Əgər tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq.
Təcavüz cinayəti başqa bir dövlətə qarşı müharibənin başlamasından ibarət olan beynəlxalq cinayətlərin ayrıca kateqoriyasıdır. Təcavüz cinayəti yalnız hücum qərarı verən ölkənin ən yüksək rəhbərliyinə aid edilə bilər.
Beləliklə, tribunalın yaradılması barədə qərar qəbul edilərsə, onun işi ilk növbədə Vladimir Putinə aid olacaq.
Avropa İttifaqının xarici siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib ki, o, Putinin Ukraynaya hücum və onun suverenliyini pozmaq qərarı ilə təcavüz cinayəti törətdiyinə şübhə etmir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyanın hərəkətlərinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb:
“Rusiya BMT Nizamnaməsini pozaraq, Ukraynanın sərhədlərindən tanklarla keçməyə qərar verəndə ən ağır cinayətlərdən birini - təcavüz cinayətini törətdi. İndi Ukrayna üçün ədalət gəlir". /bakivaxti.az/