Meksika prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib ki, Milli Qvardiyanın üzvləri və ordu sərhədə yerləşdirilməyə başlayıb.
Turkustan.az xəbər verir ki, Şeynbaum, təhlükəsizlik məsələlərinin "digər bölgələr qədər problemli olmadığı" yerlərdə çalışan Milli Qvardiyaçıların ABŞ sərhədinə göndərildiyini izah edərək, bu vəziyyətin "ölkənin qalan hissəsini təhlükəsizliksiz qoymayacağını" əlavə edib.
Meksika ordusunun mövzu ilə bağlı bəyanatında deyilir: "Bu personal fentanil, digər narkotiklərin axını, ABŞ-a qeyri-qanuni immiqrasiya və buradan odlu silahların daxil olmasının qarşısını almaq üçün sərhədə yerləşdirilmiş qoşunları gücləndirəcək".
Aytən Yaşar/ Turkustan.az