Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45 min nəfər itki verib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.
“İtkilərimizə gəlincə, dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45 min nəfər həlak olub və təxminən 390 minə yaxın insan yaralanıb”, – dövlət başçısı deyib.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, 50-70 min nəfər itkin düşmüş hesab olunur. /Cebheinfo.az/