Rusiyanın Kursk vilayətində səkkiz minə yaxın Şimali Koreya əsgəri hələ də döyüşür.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
Onun sözlərinə görə, KXDR hərbçilərinin aktivliyi son günlər ağır itkilərə görə azalıb.
Bununla belə, o qeyd edib ki, mətbuatda bu qoşunların bir neçə həftədir cəbhə xəttində görünməməsi ilə bağlı yayılan xəbərlər yanlışdır. /axar.az/