Bu ölkələr Ukraynaya ərazi iddiası irəli sürə bilər


Ukraynaya qonşu ölkələr Kiyevin siyasi kursuna görə onun ərazilərinə iddia irəli sürə bilərlər.

Turkustan.az xəbər verir ki, bu barədə InfoBRICS yazır.

"Ukraynanın qonşu Rumıniya ilə problemləri də yaxşı məlumdur: Qonşu Polşa və Macarıstanla olduğu kimi, Ukraynanın radikal millətçiliyi və onun şovinist dil siyasəti etnik və dini gərginliyə səbəb olub və bu, tezliklə Buxarestlə ikitərəfli münasibətlərə təsir edə bilər", - deyə məqalənin müəllifi öz fikrini bölüşüb.

O, həmçinin Rumıniya kilsələrinin yandırılması, eləcə də ruhanilərə hücum hallarını da xatırladıb.

"Ukraynanın dağılması və müstəqil dövlət kimi mövcudluğunun mümkünsüzlüyü aydın olduqda, polyaklar və macarlar çox güman ki, onun bəzi ərazilərinə iddia edəcəklər", - deyə Radanın keçmiş deputatı Spiridon Kilinkarov qeyd edib.

Eyni zamanda, məqalədə vurğulanır ki, yanvar ayında Ukraynanın Xarici İşlər Nazirliyi NATO və Aİ-də Macarıstanı "əvəzləməyə" hazır olduğunu bəyan edib və bu, Budapeşt tərəfindən sərt qarşılanıb.

"Bu yaxınlarda Venesiya Komissiyası da keçmiş sovet respublikasının öz etnik azlıqlarına münasibətindən narahatlığını ifadə edib", - materialda qeyd olunur. bakupost.az/


MANŞET XƏBƏRLƏRİ