SON DƏQİQƏ: Ərdoğan və Şara arasında görüş başladı


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Suriya prezidenti Əhməd Şəranı rəsmi mərasimlə qarşılayıb.

Turkustan.az xəbər verir ki, qarşılama mərasimindən sonra prezident Ərdoğan və Əhməd Şara arasında görüş başlayıb.

Görüş Türkiyə saatı ilə saat 17:00-dan etibarən Prezident Kompleksində mətbuata qapalı keçiriləcək.

Digər tərəfdən, prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Şaranın həyat yoldaşı Lətifə Əl Durubi ilə görüşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ