Avropa İttifaqı Komissiyasının sədri Von der Leyen Brüsseldə keçirilən ilk müdafiə sammitindən sonra mətbuata açıqlama verib.
Turkustan.az xəbər verir ki, 27 Aİ üzv dövlətinin liderlərinin ABŞ ilə münasibətlər, eləcə də müdafiə məsələsini müzakirə etdiklərini qeyd edən von der Leyen deyib: “Aİ ABŞ ilə möhkəm və konstruktiv dialoqa hazırdır, lakin biz eyni zamanda ABŞ ilə münasibətlərdəki potensial çətinliklərin fərqindəyik və biz buna hazırıq. Ədalətsiz və ya özbaşına qərarlar verilərsə, AB-nin cavabı sərt olacaq".
Von der Leyen, Tramp administrasiyasının Kanada və Meksikaya yüksək tariflər tətbiq etmə qərarına toxunaraq, "Bu tariflər biznes xərclərini artırır, işçilərə və istehlakçılara zərər verir. İqtisadiyyatlara lazımsız ziyan vurur və inflyasiyanı artırır. Düşünmürük ki, bunun hər hansı yaxşı nəticəsi olsun"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az