Almaniyanın keçmiş kansleri xəstəxanaya yerləşdirildi


Almaniyanın keçmiş kansleri Gerhard Şröderin "tükənmişlik sindromu"ndan klinikada müalicə aldığı bildirilir.

Turkustan.az xəbər verir ki, Almaniyanın DPA xəbər agentliyinə danışan Şröderin vəkili Hans-Peter Huber 88 yaşlı keçmiş baş nazirin "tükənmişlik sindromu"ndan xəstəxanada müalicə aldığını təsdiqləyib və ictimaiyyətdən ailəsi adından müvəkkilinin şəxsi həyatına hörmətlə yanaşmağı xahiş edib.

Xəbərdə Şröderin xəstəliyi səbəbindən yanvarın ortalarında Meklenburq-Ön Pommern əyalət parlamentində “Şimal axını 2” boru kəmərinin tikintisini araşdırmaq üçün yaradılmış araşdırma komitəsinə qatılmadığı və Şröderin həkiminin bunun üçün hesabat yazdığı qeyd edilib.

Hesabatda Şröderə "dərin tükənmə simptomları və nəzərəçarpacaq dərəcədə enerji çatışmazlığı olan tipik tükənmişlik sindromu" diaqnozu qoyulduğu və keçmiş baş nazirin də "diqqət toplama və yaddaş problemləri, həmçinin yuxu pozğunluğu"ndan əziyyət çəkdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ