Kanadanın baş naziri Trudeau X sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.
Turkustan.az xəbər verib ki, ABŞ prezidenti Donald Trampla yaxşı görüş keçirdiklərini ifadə edən Trudeau, Kanadanın 1,3 milyard dollarlıq sərhəd planını həyata keçirəcəyini bildirib.
Trudeau, sərhədi yeni vertolyotlar, texnologiya və personalla gücləndirəcəklərini, amerikalı tərəfdaşlarla koordinasiyanı artıracaqlarını və fentanil axınının qarşısını almaq üçün resursları artıracaqlarını bildirib.
Təxminən 10.000 personalın sərhədi qorumaq üçün çalışdığını və çalışmağa davam edəcəyini qeyd edən Trudeau, həmçinin Kanadanın "Fentanyl Czar" təyin etmək, kartelləri terrorçular siyahısına salmaq, sərhəddə 24/7 nəzarəti təmin etmək və yeni öhdəliklər götürdüyünü bildirib. Həmçinin Mütəşəkkil cinayətkarlıq, fentanil və çirkli pulların yuyulması ilə mübarizə aparmaq üçün "Kanada-ABŞ Birgə Fəaliyyət Qüvvəsi"nin işə salınacağını da qeyd edib.
Trudeau, həmçinin mütəşəkkil cinayətkarlıq və fentanillə bağlı yeni bir kəşfiyyat direktivi imzaladığını və bunu 200 milyon dollarla dəstəklədiyini söylədi: "Birgə işlədiyimiz üçün tarif layihəsi ən azı 30 gün müddətinə dayandırılacaq".
Aytən Yaşar/ Turkustan.az