Hakan Fidan: “Netanyahu müharibəni yenidən başlada bilər”


Xarici işlər naziri Hakan Fidan rəsmi təmaslar üçün Ankaraya gələn Misirin xarici işlər naziri Bedr Abdulati ilə nazirlikdə görüşüb.

Turkustan.az xəbər verir ki, nazir Fidan həmkarı ilə görüşdən sonra açıqlama verib:

"Netanyahunun yenidən müharibəyə başlayacağı ehtimalı sülh tərəfdarı olan hər kəsi narahat edir. İsrailli məhbusların azad edilməsindən sonra Netanyahu hökumətinin necə münasibət sərgiləyəcəyi ilə bağlı bütün dünyada bəzi sual işarələri var. Beynəlxalq ictimaiyyət ortaq mövqe tutmaq və Netanyahunun siyasi mənfəət üçün soyqırımı yenidən başlatmasına mane olmaq üçün bir addım atmalıdır.

Biz fələstinliləri öz vətənlərindən çıxarmaq cəhdlərinə qarşıyıq. İsrail İordan çayının qərb sahilindəki əməliyyatlarına son qoymalıdır"-deyə, o bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ