Rusiya: İsrail-Həmas razılaşmasında problemlər var, xəbərlərin alırıq


Lavrov paytaxt Moskvada Beynəlxalq Valday Diskussiya Klubunun təşkil etdiyi 14-cü Yaxın Şərq Konfransına qatılıb.

Turkustan.az xəbər verir ki, mətbuat konfransında danışan Lavrov Qəzza zolağında vəziyyətin "ağır" olduğunu bildirib və əlavə edib: "Müxtəlif mənbələrə görə, təxminən 46 min fələstinli mülki vətəndaş həyatını itirib, 100 min nəfər isə yaralanıb. Atəşkəs razılaşmasına baxmayaraq, zorakılıq davam edir".

Mülki itkilər baxımından Qəzza və Ukraynanı müqayisə edən Lavrov deyib: "Ukraynada 10 ildə hər iki tərəfdən ölənlərin sayı Fələstindəki itkilərin sayından iki dəfə azdır. Bu, böyük təzaddır. Dağıntıların miqyası mülki infrastruktur (Qəzzada) "Zərər 1948-1949 və 1967-ci illər Ərəb-İsrail müharibələrinin vurduğu zərərdən çoxdur. Bu da diqqəti çəkir".

Həmas ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını müsbət qarşılayan Lavrov, razılaşmanın birinci mərhələsinin icrasının davam etdiyini ifadə edərək, "Razılaşmanın ikinci mərhələsində problemlərin yaranmağa başladığına dair siqnallar alırıq" deyib.

"İsrail tərəddüd etmədən İordan çayının qərb sahilində hərbi əməliyyatlarını davam etdirir. Etibarlı məlumata görə, İsrail İordan çayının şimal-qərbində nəzarəti ələ keçirməyi, həmçinin fələstinliləri Qəzza zolağından çıxarmağı planlaşdırır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ