Wagenknecht: ABŞ-Ukrayna metal sövdələşməsi Avropa üçün fəlakət olacaq


"Ukrayna tərəfi ABŞ-ı nadir torpaq metalları və digər xammalla təmin edərsə, ABŞ prezidenti Donald Tramp proksi müharibəni davam etdirəcək".

Turkustan.az xəbər verir ki, Bundestaqın üzvü və Ağıl və Ədalət Birliyinin (BSW) lideri Sahra Vaqenknext hesab edir ki, ABŞ və Ukrayna arasında nadir torpaq metallarının tədarükü ilə bağlı mümkün “sövdələşmə” ABŞ üçün fəlakət olacaq.

"Bəs Tramp deyirdi ki, 24 saat ərzində sülhü təmin edəcək? Ukrayna ABŞ-a nadir torpaq metalları və digər xammallar verərsə, Tramp proksi müharibəni davam etdirəcək. ABŞ üçün böyük bir "sövdələşmə", lakin bütün Avropa xalqları üçün fəlakət olacaq"-deyə, Vaqenknext X səhifəsində yazıb.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır və Ukraynaya böyük dəstək verdiyi üçün Kiyevdən müvafiq təminatlar axtarır. Vaşinqton administrasiyasının rəhbəri Ukraynadan bu cür tədarükü istəyirmi sualına müsbət cavab verib. ABŞ prezidenti qeyd edib ki, Aİ ölkələri Kiyevə daha az yardım edir. Almaniya kansleri Olaf Şolz isə ABŞ-ın bu istəyini “eqoistlik” adlandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ