ABŞ rəsmiləri hesab edirlər ki, iranlı alimlərdən ibarət gizli qrup nüvə silahının yaradılmasını sürətləndirməyə çalışır.
Turkustan.az xəbər verir ki, bu barədə bazar ertəsi “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu nəticə ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasının son aylarında əldə edilmiş və daha sonra Donald Trampın milli təhlükəsizlik komandasına təqdim edilmiş Amerika kəşfiyyat məlumatlarına əsaslanır.
ABŞ kəşfiyyat agentliklərinin məlumatına görə, iranlı hərbi mühəndislər və alimlər onların artan nüvə yanacağı ehtiyatını bir il və ya daha uzun müddət deyil, aylar ərzində real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar.
Nəşrin qeyd etdiyi kimi, bu məsələ çərşənbə axşamı Trampın İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə mütləq müzakirə olunacaq.
Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədi güdmür. /cebheinfo.az/