Ağ Ev USAID-in pul xərclədiyi ünvanları açıqladı: LGBT, cinsiyyət dəyişmə...


Ağ Evin, "USAID-də israf və sui-istifadə dərinləşir " başlıqlı bəyanatında qeyd edilir ki, USAID illərdir vergi ödəmir.

Turkustan.az xəbər verir ki, böyük məbləğdə pulları "demək olar ki, heç bir nəzarətə tabe olmayan, kök salmış bürokratların gülünc və çox vaxt zərərli layihələri"nə yönəltdiyini bildirən bəyanatda USAID-in maliyyəsindən istifadə nümunələri göstərilib.

Müvafiq olaraq, Serbiyanın iş yerlərində və biznes icmalarında müxtəlifliyin, bərabərliyin və inklüzivliyin yaxşılaşdırılması üçün 1,5 milyon dollar, İrlandiyada isə “DEI musiqili”nin istehsalına 70,000 dollar xərcləndiyi bildirilir.

Vyetnamda elektriklə işləyən avtomobillərə 2,5 milyon dollar, Kolumbiyada “transgender operasına” 47 min dollar, Peruda isə “transgender komiks”inə 32 min dollar xərcləndiyi vurğulanıb.

Qvatemalada 2 milyon dolların cinsiyyətin dəyişdirilməsi və "LGBT fəallığı", Misirdə isə 6 milyon dolların turizmin maliyyələşdirilməsinə sərf edildiyi bildirilir.

Terror təşkilatları ilə əlaqəsi olan qeyri-kommersiya təşkilatına yüz minlərlə dollar, Uhan laboratoriyasında araşdırma aparan “EcoHealth Alliance” təşkilatına isə milyonlarla dollar ödənildiyi bildirilib.

Məlumata görə, maliyyə Suriyadakı Əl-Qaidə ilə əlaqəli döyüşçülərə yüz minlərlə yemək çatdırmaq və inkişaf etməkdə olan ölkələrdə "fərdiləşdirilmiş" doğum nəzarət cihazlarını çap etmək üçün istifadə edilib.

Bildirilib ki, Əfqanıstanda xaşxaş becərilməsi və heroin istehsalının dəstəklənməsi üçün istifadə olunan suvarma kanalları, əkinçilik avadanlığı və gübrələrə yüz milyonlarla dollar verilib ki, bu da “Taliban”a fayda verir.

Bəyanatda siyahının davam etdiyini və bunun "onilliklərdir" baş verdiyini və "Prezident Trampın dövründə israf, fırıldaqçılıq və sui-istifadə hallarının sona çatdığını" söylənilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ