ABŞ prezidenti Donald Tramp birinci dövründə olduğu kimi, ikinci müddətində də ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından çıxarmağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, ABŞ-ın BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) da çıxacağı gözlənilir.
Politico və Axios-un Ağ Ev rəsmilərinə istinadən verdiyi xəbərə görə, Donald Tramp müvafiq fərmanı fevralın 4-də imzalayacaq və beləliklə, ABŞ hər iki qurumdan çıxacaq.
Trampın həmin gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılır.
Donald Tramp daha əvvəl ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından çıxarmışdı, lakin Co Bayden və komandası administrasiyanı ələ keçirdikdən sonra qərar ləğv edildi.
Aytən Yaşar/ Turkustan.az