NATO-nun baş katibi Mark Rutte Almaniyanın “Bild” qəzetinə müsahibəsində NATO-nun hazırkı vəziyyəti ilə bağlı tənqidi açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, daha əvvəl çıxışlarında NATO ölkələrinin müdafiə büdcələrini artırmalı olduqlarını vurğulayan Rutte, ABŞ prezidenti Donald Trampın bu mövzuda öncül mövqe tutduğunu bildirib.
Rutte Almaniyanın Ukrayna müharibəsindən sonra ordusunu gücləndirmək üçün mühüm addımlar atdığını, lakin bunun kifayət etmədiyini bildirib. Almaniyanın sənaye imkanlarını nəzərə alan Rutte, Almaniyanın daha çox pul xərcləməsi lazım olduğunu ifadə edərək, "Sizə çox açıq deyirəm, müharibəyə hazırlaşmalıyıq" deyib.
Rusiya ilə mövcud vəziyyətin təhlükələrinə diqqət çəkən Rutte, Çinin də ordusunu gücləndirməyə çalışdığını bildirib. Rutte həmçinin bildirib ki, Avropa Rusiyaya qarşı heç bir zəiflik nümayiş etdirməməlidir; O, zəiflik əlamətlərinin Rusiyanı hərəkətə keçməyə sövq etdiyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az