Suriyanın müvəqqəti prezidenti Əhməd Şara Suriyanın siyasi və sosial gələcəyi ilə bağlı mühüm açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Suriya televiziyasında çıxış edən Şara ölkənin siyasi rejiminin respublika olacağını, 4-5 ildən əvvəl seçki keçirməyin çox çətin olacağını bildirib. Şara Suriyadakı vəziyyəti xatırladaraq, "Əhali arasında ölüm və doğumla bağlı konkret məlumat yoxdur. İtkin düşənlər var. Əhalinin bir hissəsi Suriyadan kənarda yaşayır və dövlətin nəzarətində olmayan bölgələr də var"-deyə, bildirib.
Suriyanın parlamenti və icra hakimiyyəti olduğunu qeyd edən Şara, bu sistemin qurumlar arasında əməkdaşlıq yolu ilə davam etdiriləcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az