Tramp: Qəzzada atəşkəsin davam edəcəyinə zəmanət yoxdur


ABŞ prezidenti Donald Tramp cari məsələlərlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Qəzzadakı atəşkəsə toxunan Tramp, “Qəzzada atəşkəsin davam edəcəyinə dair heç bir zəmanətim yoxdur” deyib.

Tramp fevralın 5-də İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək. Görüşdə müzakirə olunacaq məsələlərdən birinin Qəzzada atəşkəs razılaşması olacağı gözlənilir. Bu arada Netanyahunun ABŞ-a səfəri fevralın 8-nə qədər uzadılıb. Buna səbəb kimi danışıqların intensivliyi göstərilib.

Tramp ABŞ dövlət katibi Marko Rubionun Panama kanalı ilə bağlı əldə etdiyi razılaşmadan da söz açıb: "Panamadakı vəziyyətdən məmnun deyiləm, lakin bəzi məsələlərdə razılığa gəliblər. Cümə günü telefonla danışacağıq"-deyə, bildirib. Çinin Panama kanalındakı varlığının bundan sonra davam etməyəcəyini vurğulayan Tramp, Çinlə də görüşəcəklərini və görüşün mənfi olacağı təqdirdə vergi dərəcəsinin arta biləcəyini bildirib.

Tramp bu yaxınlarda nadir torpaq elementləri ilə bağlı Ukraynaya müraciət edib. Bir çox fərqli nadir torpaq elementlərinə ev sahibliyi edən Ukrayna bu baxımdan seçilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ