ABŞ-nin yeni tarifləri Pekinin kəskin narazılığına səbəb olub.
Turkustan.az xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Şurası 2025-ci il fevralın 10-dan Amerikanın enerji resurslarının idxalına rüsumlar tətbiq edəcək. Dövlət Şurasının qərarına əsasən, neftə 10%, kömür və LNG 15% rüsum tətbiq ediləcək.
Bundan əlavə, Amerikanın multikompakt avtomobillərinə, pikap maşınlarına və kənd təsərrüfatı avadanlıqlarına 10% rüsum tətbiq ediləcək.
Aytən Yaşar/ Turkustan.az