Ermənistan ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-ın siyasi elitası üçün prioritet olacaq.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşündə deyib.
“ABŞ baxımından Ermənistanı dəstəkləməyin ən təsirli yolu nədir deyə soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin Vaşinqton siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı”, - o bildirib.
Qeyd edək ki, Paşinyan arvadı Anna Akopyanla birgə Vaşinqtonda işgüzar səfərdədir. /axar.az/