Ərdoğandan ZƏLZƏLƏ XƏBƏRDARLIĞI - "Ciddi hazırlaşmalıyıq..."


Ərdoğan Türkiyədə baş verə biləcək zəlzələlərə ciddi hazırlaşmağa çağırıb.

Turkustan.az bu barədə TRT-yə istinadən xəbər verir.

“Son bir neçə gündə Yunanıstan tərəfində baş verən yeraltı təkanlar bizə işimizin dəyərini və zəlzələyə hazırlığın ölkəmiz üçün kritik məsələ olduğunu bir daha xatırladır. Yerli hökumətlər siyasi mənfəət güdməkdənsə, şəhər çevrilmə layihələri vasitəsilə şəhərləri zəlzələlərə hazırlamalıdırlar”. , - deyə Türkiyə lideri bildirib.

Türkiyə prezidenti Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində qeyd edib ki, Türkiyə şəhərlərini, xüsusən də İstanbulu zəlzələyə davamlı etməkdən başqa çıxış yolu yoxdur. /musavat.com/


MANŞET XƏBƏRLƏRİ