Suriyanın yeni prezidenti Əhməd Şara (Colani) Səudiyyə Ərəbistanına səfəri zamanı hörmətlə qarşılanıb. Səudiyyə hökuməti Kəbə evinin qapılarını Şaranın üzünə açıb.
Turkustan.az xəbər verir ki, Əhməd Şara prezident kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Səudiyyə Ərəbistanı kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşən Şara üçün kral ailəsi şəxsi təyyarə ayırmışdı.
Əhməd Şara da Ər-Riyaddakı rəsmi təmasları zamanı Məkkəyə gedib. Şara üçün Kəbənin qapısı açılıb.
Şəra Kəbəni ziyarət edib və güclü təhlükəsizlik tədbirləri altında namazını qılıb.
Mübariz/Turkustan.az