Ukraynada daha bir rus general ÖLDÜ


Rusiyanın daha bir generalı Ukraynada ölüb.

Turkustan.az xəbər verir ki, bu barədə "Mediazona" nəşri yazıb.

General-mayor Andrey Qolovatskinin Ukrayna ərazisində öldüyü bildirilir. Onun ölümü 30 iyun 2024-cü ildə baş verib və bu gün açıqlanıb.

Qolovatski 2019-cu ildə səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilib. Onun müharibəyə getməsi ilə bağlı heç bir açıqlama verilməyib.

2015-ci ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şimali Qafqaz regional komandanlığı qərargah rəisinin birinci müavini vəzifəsində çalışmış Qolovatski tabeliyində olanlardan rüşvət alma işi üzrə mühakimə olunub. Müstəntiqlərin fikrincə, hərbçilər ona müqavilələrin uzadılması və ya xidmət yerini dəyişməsi üçün pul ödəyiblər. /modern.az/


MANŞET XƏBƏRLƏRİ