İsgəndər-1000 raketi uzaq məsafəyə, heyrətamiz dəqiqliyə malikdir. O, hədəfə yaxınlaşanda çevik manevr edə bilir, bu da onu vurmağı qeyri-mümkün edir.
Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Rusiyanın İsgəndər-1000 sistemi Avropada təhlükəsizliyi tamamilə dəyişməyə qadirdir.
Qeyd edilir ki, Rusiyanın İsgəndər-1000 raketi sələfi İsgəndər-M-lə müqayisədə daha uzaqmənzilli və daha dəqiqdir. İsgəndər-1000-də cəmi beş metr radial sapma mümkündür.