Mask: Trampla razılığa gəldik, USAID bağlanır


Mask X sosial media platformasında iştirak etdiyi söhbət otağında USAID haqqında açıqlamalar verib.

Turkustan.az xəbər verir ki,amerikalı iş adamı və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması ilə bağlı prezident Donald Trampla razılaşdığını bildirib.

Trampla USAİD ilə bağlı ətraflı müzakirələr apardığını ifadə edən Mask, “Tramp onun bağlanması ilə razılaşır”-deyə, bildirib.

"Görünür, bu, sadəcə, içində soxulcan olan alma deyil. Bizdə sadəcə bir top qurd var. Bundan tamamilə xilas olmalıyıq. Bu, təmir edilə bilməz"-deyə, Mask bildirib.

Artıq USAİD əməkdaşlarına Vaşinqtonun baş qərargahına gəlməməyi tapşırıblar.

Digər tərəfdən, USAID-in 600-dən çox əməkdaşının qurumun sistemlərinə girişi əngəllənib və sistemdə qalan işçilərə “bazar ertəsi bina bağlanacaq” xəbəri verilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ