Yenə atəşkəs pozuldu: İsrail Livanın cənubunda binaları partlatdı


İsrail ordusunun paylaşdığı görüntülərdə Livanın cənubunda "Hizbullahın infrastrukturunu məhv etmək" məqsədi ilə bombardmanların həyata keçirildiyi iddia edilib.

Turkustan.az xəbər verir ki, görüntülərdə İsrail ordusu hissələrinin Livanın cənubundakı kənd ərazilərində fəaliyyətini davam etdirdiyi hansı şəhər və ya kəndin olduğu açıqlanmayıb.

Paylaşılan görüntülərdə kənd yerlərində tikililərin dağıldığı, əkinçilik sahələrinə də ziyan dəydiyi anlaşılır.

Bildirək ki, İsrail ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildə Livan-İsrail sərhədində başlayan nəzarətli qarşıdurmalar 2024-cü ilin sentyabrında şiddətlənərək İsrailin intensiv bombardmanları ilə quru işğalına çevrildi.

Livan və İsrail arasında atəşkəs razılaşması 27 noyabr 2024-cü il çərşənbə günü qüvvəyə minsə də, İsrail ordusu ölkənin cənubunu işğal altında saxlamağa və atəşkəs rejimini pozmağa davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ