Şolz: Bu həm ABŞ, həm də Avropa üçün pis olacaq!


Almaniya kansleri Olaf Şolz bildirib ki, Avropa İttifaqı (Aİ) ABŞ-ın yeni tariflərinə reaksiya vermək gücündədir.

Turkustan.az xəbər verir ki, Şolz, AB liderlərinin Belçikanın paytaxtı Brüsseldə keçiriləcək ilk müdafiə sammiti öncəsi mətbuata açıqlama verib.

Zirvədə AB ilə ABŞ arasında əməkdaşlığa dair gərgin müzakirələrin olacağına diqqət çəkən Olaf Şolz, "Həm ABŞ, həm də Avropa mal və xidmət ticarətindən faydalanır. Ticarət siyasətləri bunu çətinləşdirirsə, həm ABŞ, həm də Avropa üçün pis olacaq”-deyə, bildirib.

O, AB-nin ABŞ-ın yeni tariflərinə cavab vermək qabiliyyətinə malik olduğunu söylədi və əlavə etdi: "Aydın olan odur ki, güclü iqtisadi bölgə olaraq tariflərə cavab olaraq öz siyasətlərimizi, öz tariflərimizlə formalaşdıra bilərik və bu, bizim məcburiyyətimizdir. Məqsəd nəhayət əməkdaşlığa yol açmaqdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ