"Bu tədbirlər ABŞ iqtisadiyyatına ciddi təsir göstərə və istehlakçılar üçün qiymətlərin bahalaşmasına səbəb ola bilər".
Turkustan.az xəbər verir ki, Bloomberg xəbər verir ki , ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya qarşı tarifləri tətbiq etməsi bazarların düşməsinə səbəb olub.
O qeyd edir ki, bu addım ABŞ iqtisadiyyatına ciddi təsir göstərə və istehlakçılar üçün qiymət artımına səbəb ola bilər. Bu fonda dollar indeksi 1% bahalaşıb, qlobal birjalar isə kəskin ucuzlaşıb. Kanada dolları 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. İnvestorlar riskli aktivlərdən kütləvi şəkildə qaçmağa başladığı üçün Ethereum 11% ucuzlaşaraq kriptovalyutalar da təzyiqə məruz qalıb.
Goldman Sachs Group-un analitiklərinin fikrincə, korporativ mənfəətin pisləşməsi səbəbindən ABŞ fond bazarında 5% ucuzlaşma riski var. RBC Capital Markets 5-10% mümkün azalma proqnozlaşdırır.
Enerji bazarları da Trampın qərarına qiymət artımı ilə reaksiya verib. Tariflər amerikalı istehlakçılar üçün yanacağı bahalaşdıra və tədarük zəncirlərini poza bilər. Nyu-York benzin fyuçersləri 6,2 faiz, West Texas Intermediate xam nefti isə 2 faiz bahalaşıb.